
Qatil ələ keçdi
Samux sakinini öldürən şəxs tutulub
Samux sakinini qətlə yetirərək qaçıb gizlənmiş şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə təqsirləndirilən Həsən Həsənov tutulub.
H.Həsənov yanvarın 5-də bıçaqla Elgün Əsgərovu qətlə yetirib, daha sonra isə hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Digər xəbərlər