
Sevgilisinin başını kəsmək istəyən tutuldu
Yanvarın 9-da M.Ərəbovaya bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış M.Babayev tutulub. Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Mətanət Ərəbovaya bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurub hadisə yerindən qaçmış Məqsəd Babayev tutulub.
Xatıeladaq ki, 9 yanvar, saat 13:47 radələrində Bakının Nərimanov rayonu ərazisində 30 yaşlı kişi qəyri-rəsmi şəkildə münasibətdə olduğu 26 yaşlı qadını qanına qəltan edib. Rayon Polis İdarəsi 17-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dəmir yolunun ərazisində baş verib. Orada 1984-cü il təvəllüdlü Məqsəd Cari oğlu Badayev gəzdiyi 1987-ci il təvəllüdlü Mətanət Sərdar qızı Ərəbovanı bir neçə yerdən bıçaqlayıb. Qadın qan içərisində relslərin arasına yıxılıb. Onu bıçaqlayan sevgilisi isə aradan çıxıb.
Deyilənlərə görə kişi əvvəlcə qadının başını kəsmək istəyib. Lakin sonradan qadının boynundan və qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub.
Qadını hadisə şahidləri tapıblar. Əraziyə polis və təcili yardım həkimləri çağırılıb. Qadın xəstəxanaya yerləşdirilib. Deyilənlərə görə, Mətanət Ərəbova uzun müddət Məqsəd Badayevlə sevgili olublar. Hətta onların bu məhəbbətdən bir övladları da var. Hadisə yerindən qaçan kişi sonradan polislə əlaqə saxlayaraq təslim olacağını bildirmişdi.
Hadisənin qısqanclıq nəticəsində baş verdiyi bildirilir.