Quldur narkoman ələ keçdi

Quldur narkoman ələ keçdi

28 Yanvar 2014 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində quldurluq cinayəti baş verib. Bu barədə mətbuata Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, idarənin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Tahir Cahangirovu bıçaqla hədələyərək ona məxsus mağazadan 100 manat pul və danışıq kartları aparmış şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Abdullayev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Sərraf Piriyevə məxsus aptekdə, orada işləyən Sona Piriyevanı və Xəyalə Məmmədovanı bıçaqla hədələyərək "Tropin" dərman həbləri tələb etməsi də müəyyən edilib.