
Moskvada cinayətkar azərbaycanlı saxlanıldı
Adminstratoru güllələyən azərbaycanlının 15 il müddətindən azadlıqdan məhrum ediləcəyi gözlənilir
Sankt-Peterburq şəhərinin restoranlarından birində adminstratoru güllələyən azərbaycanlı şəxs Moskva ətrafında həbs edilib.
ANS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tutulan şəxsin Vüqar Cahangirovdur. Vüqar Cahangirov barəsində cinayət işi açılıb. Onun 15 il müddətinə azadlıqdan məhrum ediləcəyi bildirilir.
Qeyd edək ki, Peterburqda restoranların birində adminstratorla qonaqlar arasında mübahisə düşüb. Bu zaman adı Vüqar Cahangirov olan soydaşımız silahını çıxardaraq atəş açmağa başlayıb. Dərhal hadisə yerindən qaçan həmyerlimiz bu gün səhər saatlarında Moskva ətrafında polis tərəfindən saxlanılıb.
Əməliyyat zamanı saxlanılan soydaşımızın üzərindən tapança və patron aşkar edilib.