
Binəqədidən çürümüş meyit tapılıb
Dünən Binəqədi rayonu C. Xəndan küçəsində yerləşən 1 saylı Evtikmə Kombinatının ərazisində 50-55 yaşlı, çürüməyə məruz qalmış kişi meyiti aşkar edilib. Rayon Prokurorluğunun əməkdaşlarının və polisin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Meyit müayinə üçün ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər