
"Tropikanka"da qətl baş verib!
Əyləncə qana bulandı
İyunun 18-i saat 02:15 radələrində Mərdəkan qəsəbəsi "Tropikanka" çimərliyində qətl hadisəsi baş verib. Çingiz Allahverdiyev mübahisə zəminində tapançadan atəş açmaqla Miremil İbrahimlinin ayaqlarından və başından xəsarət yetirib. Hadisəni törədən şəxs Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Yaralı 3 saylı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı dünyasını dəyişib.
Təhlükə dəvətsiz qonaqdır. Hətta əyləncə məkanlarında da gəlib çıxa bilir. Ehtiyat isə ən etibarlı cangüdəndir. ..
Könül Aypara
O.M.
Digər xəbərlər