ŞOK!!! Modalar evində qətl hadisəsi baş verdi!

ŞOK!!! Modalar evində qətl hadisəsi baş verdi!

5 Fevral 2015 11:14
Bəyəndim (0) Bəyənmədim (0)
Qısqanc oğul dərzi işləyən anasını qətlə yetirdikdən sonra qaçıb

Bakıda daha bir qətl hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Mediainfo.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB və Qusar RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də axşam saatlarında Ə.Vahid küçəsi yerləşən modalar evində dərzi işləyən anası 1967-ci il təvəllüdlü Sevinc Əliyevanı qısqanclıq zəminində bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, borclu kimi axtarışda olan, 1992-ci il təvəllüdlü Elnur Əliyev Qusar Sərhəd Keçid Məntəqəsində müəyyən olunaraq tutulub. Araşdırmalar davam etdirilir.

Mediainfo.az