2 maşın oğrusu tutuldu

2 maşın oğrusu tutuldu

11 Aprel 2016 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtomobil qaçırmış şəxslər tutulub. Daxili İşlər Nazirliyi mətbuat xidməti xəbər verir ki, aprelin 7-dən 9-dək olan müddətdə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Əlövsət Qasımova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağsu rayon sakini Firqət Qədirov və paytaxt sakini Cavad Binnətov saxlanılaraq Nəsimi RPİ 20-ci PB-yə təhvil verilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Mediainfo.az