"Vulkan"da qətl törədənə 18 illik həbs cəzası verilib

"Vulkan"da qətl törədənə 18 illik həbs cəzası verilib

13 İyul 2016 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən Asim Ağamalıyevin məhkəmə prosesi başa çatıb.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Asim Ağamalıyev 18 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyiti tapılıb. Mərhumu qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyevin boğaraq öldürdüyü müəyyənləşib.

Mediainfo.az