Dünən arvadının başını kəsib aradan çıxan Kənan həbs edilib - MİNGƏÇEVİRDƏ

Dünən arvadının başını kəsib aradan çıxan Kənan həbs edilib - MİNGƏÇEVİRDƏ

3 May 2017 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Mingəçevir şəhərinin Xətai küçəsindəki yaşayış binasında yaşayan Kənan Əzizov qısqanclıq zəminində aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı Əzizova Günel Yusif qızını bıçaqlayaraq qətlə yetirib.

Məlumata görə, iki uşaq anası Günel Əzizovanın bıçaqla başını kəsərək hadisə yerindən qaçan Kənan Əzizov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tapılaraq istintaqa təhvil verilib. Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az