Azərbaycanlı aktyor premyerada dünyasını dəyişdi

Azərbaycanlı aktyor premyerada dünyasını dəyişdi

24 Noyabr 2011 18:06
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elxan Qurbanov səhnədə dünyasını dəyişib. Aktyorun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Teatrdan faktı təsdiqləyiblər və aktyorun meyitinin hələ də teatrda olduğunu deyiblər. Verilən məlumata görə, aktyor bu gün saat 16:30 radələrində elə səhnədəcə məşq zamanı ürəyi dayanıb. Bu gün premyerası keçirilməsi nəzərdə tutulan "Romeo və Cülyetta" tamaşasının premyerası da məhz bu səbəbdən təxirə salınıb. Mərhum aktyor bu tamaşada Piter rolunu canlandıracaqmış. Teatrdan verilən məlumata görə, hazırda meyitin üzərində ekspertiza aparılır. Qeyd edək ki, Elxan Hacıbaba oğlu Qurbanov 1952-ci ildə Bakıda anadan olub. Dram və kino aktyoru olan E.Qurbanov bir neçə film, serial və reklamlarda çəkilib. Son dövrlər E.Qurbanov "Biz qayıdacağıq", "Günaydın mələyim", "Küçələrə su səpmişəm" filmlərində rol alıb.

Həyat da bir tamaşadır. Kimin rolu harada bitəcək, "ssenari müəllifi bilir". Şükür məsləhətinə...

Fuad Borçalı

O.M.