Könül Xasıyeva səhhətindən danışdı: Yalandır
Xəstəxanaya yerləşdirilməyimlə bağlı yayılan xəbərlər yalandır.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Könül Xasıyeva deyib. O bildirib ki, müalicələri davam edir:
"Xəstəliklərin, ağrıların daha da şiddətləndiyi mövsümdür. Səhhətimlə əlaqədar olaraq, tez-tez xəstəxanaya gedib, müalicə alıram. Ancaq xəstəxanada yatmıram".
Qeyd edək ki, uzun müddətdir onurğa iflicindən əziyyət çəkən xanəndənin bu gün xəstəxanaya yerləşdirilməsi haqqında xəbərlər yayılıb.
Digər xəbərlər