Bakıda küləyin sürəti artmaqda davam edir

Bakıda küləyin sürəti artmaqda davam edir

17 Yanvar 2019 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeronda küləyin sürəti artmaqda davam edir.

Mediainfo.az-a ETSN-da yaradılan qərargahdan verilən məlumata görə, 17 yanvar saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb. Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir. Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.