Ukrayna Baş Qərargahı Baxmutun qismən mühasirədə olduğunu təsdiqləyir
Bazar ertəsi səhər xəbərlərində Ukrayna Baş Qərargahı bildirib ki, Rusiya qoşunları ən azı Baxmutu qismən mühasirəyə alıb və ona gedən strateji yolları kəsə bilər.
Oxuməni.az xəbər verir ki, Ukrayna hərbçilərinin son günlərdə hücumları dəf etdiyi yaşayış məntəqələri arasında Stupoçki kəndinin adı çəkilib. Bu kənd Baxmutu Konstantinovka şəhəri ilə birləşdirən yolda yerləşir, Adı çəkilən yaşayıç məntəqəsi Baxmut qarnizonu üçün vacib bir təchizat mərkəzi idi.
Eyni zamanda, Baş Qərargah xülasədə yazır ki, Liman, Avdeev və Zaporojye istiqamətlərində ruslar Baxmut istiqamətində hücumları davam etdiriblər.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər