Dövlət Departamenti ABŞ vətəndaşlarını Çinə səyahət etməkdən çəkinməyə çağırıb

Dövlət Departamenti ABŞ vətəndaşlarını Çinə səyahət etməkdən çəkinməyə çağırıb

4 İyul 2023 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Çinə səfər etməməyə çağırıb.

Müvafiq tövsiyə iyulun 3-də səyahətçilər üçün yenilənmiş məsləhətlər siyahısına daxil edilib.

Oxuməni.az xəbər verir ki, xəbərdarlıq səyahət qadağaları ilə bağlı “yerli qanunların özbaşına tətbiq edilməsi və o cümlədən qanunsuz həbs riski” ilə bağlıdır.

Dövlət Departamenti materik Çinə, eləcə də xüsusi inzibati rayonlara (SAR), Makao və Honq-Konqa səfər edərkən ehtiyatlı olmaq lazım olduğunu açıqlayıb.

ABŞ və Çin arasında gərginlik Tayvanın müstəqilliyi məsələsi, texnologiya və ticarətdəki fikir ayrılıqları və Amerika ərazisi üzərində hava şarının vurulması ilə bağlı yaranıb.

Əziz Salamoğlu