Finlandiya Ukraynaya zenit silahları tədarük edəcək
Finlandiya Ukraynaya yeni hərbi yardım paketini elan etmək qərarına gəlib. Buraya, xüsusən, zenit silahları daxil olacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin rəsmi məlumatında deyilir.
"Finlandiya Ukraynaya daha çox hərbi texnika verəcək. Hökumətin təklifi ilə 2023-cü il iyulun 6-da respublika prezidenti bu məsələ ilə bağlı qərar qəbul edib", - deyə məlumatda qeyd edilib.
O da vurğulanıb ki, operativ səbəblərdən və çatdırılmanın təyinat yerinə çatmasını təmin etmək üçün yardımın məzmunu, hansı yollarla daçınması və ya onun qrafiki haqqında ətraflı məlumat dərc edilməyəcək.
Əziz Mustafa, Oxumeni.az
Digər xəbərlər