Sülh üçün siyasi və diplomatik vasitələr əlçatmazdır
Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesinin başlaması üçün hələ perspektiv görmür, lakin belə bir fürsətə qapını bağlamır.
Oxuməni.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib
.“Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyələrdə biz Rusiya tərəfinin heç vaxt danışıqlar prosesinə qapını bağlamaması barədə danışdıq. Amma hələ ki, biz bu danışıqlar prosesi üçün heç bir perspektiv görmürük”, - deyə Peskov bəyan edib.
Rusiya liderinin mətbuat katibi belə hesab edir ki, məqsədlərimizə çatmaq bizim üçün vacibdir, onlara müxtəlif yollarla nail olmaq olar: "Amma indiki məqamda təəssüf ki, siyasi və diplomatik vasitələr əlçatmazdır. İlk növbədə, çox güman ki, Kiyev rejiminin belə bir ehtimalı rədd etməsi, həmçinin Vaşinqtonun bu cür prosesə açıq-aşkar meyl göstərməməsi ilə bağlıdır”.
Murad Şahməmməd