G7 ölkələri Ukrayna ilə bağlı “əsas bəyanat” verəcəklər
G7 ölkələrinin liderləri iyulun 12-də Ukrayna üçün təhlükəsizlik zəmanətlərini elan edəcəklər.
Oxuməni.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Sloat deyib.
Onun sözlərinə görə, prezident Bayden və G7 ölkələrinin liderləri Ukraynanın rəhbəriZelenski ilə birgə mühüm bəyanatla çıxış edəcəklər.
Sloat deyib ki, onlar Kiyevə gələcək hücumların qarşısını almaq üçün ordu qurmaqda kömək etmək planlarını elan edəcəklər.
O əlavə edib ki, zəmanətlər iyulun 12-də keçiriləcək sammitin sonunda təqdim olunacaq.
Əziz Salamoğlu
Digər xəbərlər