Finlandiya rusları Aİ-yə buraxmayacaq
Qısamüddətli Şengen turist vizası olan Rusiya vətəndaşları Finlandiya vasitəsilə Avropa İttifaqı ölkələrinə daxil ola bilməyəcəklər.
Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Eyni zamanda, Rusiya vətəndaşlarına Finlandiya vasitəsilə Aİ-nin üzvü olmayan dövlətlərə tranzit keçmək, həmçinin Finlandiya-Rusiya sərhədi vasitəsilə Avropa İttifaqını tərk etmək icazəsi verilib.
Qeyd olunur ki, Aİ vətəndaşlarının rus qohumlarının Finlandiya vasitəsilə tranziti istisna olmaqla, Aİ-də daimi yaşayan ruslar, Avropa İttifaqının vətəndaşları və onların ailə üzvlərinə məhdudiyyətlər qoyulmayacaq.
Bundan əlavə, qısamüddətli vizası olan mövsümi işçilər, müalicə üçün gələn iş adamları (iyulun 10-dan Aİ-nin digər ölkələrinə tranzit hüququ olmayan), habelə AB-də qalma ehtiyacını üzrlü səbəblə əsaslandıra bilən ruslar, Finlandiyaya daxil ola biləcək.
Əziz Mustafa