ABŞ Müdafiə Naziri Ukraynaya kaset bombalarının göndərilməsini dəstəkləyir
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Ukraynaya kaset bombaları göndərmək qərarını dəstəkləyib.
Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
CNN-in məlumatına görə, Ostin bildirib ki, Ukraynanın öz suverenliyini qorumaq üçün buna ehtiyacı var.
“İlk növbədə, mən hesab edirəm ki, onların suveren əraziləri üçün mübarizə apardıqlarını unutmamalıyıq. Onlar bu sursatlardan ruslar kimi başqa bir ölkəni işğal etmək üçün deyil,özlərini müdafiə məqsədi ilə istəyirlər. Ruslar müharibə başlayandan bəri Ukraynada kasetli sursatlardan dinc əhaliyə qarşı istifadə edirlər”, - deyə Pentaqonun rəhbəri bildirib.
Əziz Baş Göynüklü
Digər xəbərlər