Aretoviç Rusiyanın zəbt etdiyi Ukrayna torpaqlarını NATO-ya dəyişməyi təklif edib

Aretoviç Rusiyanın zəbt etdiyi Ukrayna torpaqlarını NATO-ya dəyişməyi təklif edib

17 İyul 2023 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident aparatının keçmiş müşaviri Aleksiy Aretoviç Ukraynanın qalan hissəsinin NATO-ya qoşulması üçün Rusiya tərəfindən işğal olunmuş ərazilərin 20%-ni tərk etmək imkanını etiraf edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Aretoviç jurnalist Yuliya Latınina ilə efirdə deyib.

Aretoviç bunu hazırda müzakirə olunan ideyalardan biri kimi təqdim edib: “Biz ərazimizin 80 faizinə nəzarət edirik. Müharibəni dayandırıb NATO-ya daxil olacağıq. Deyə bilərəm ki, bu, super tarixi fürsətdir”.

O, vəziyyəti parçalanmış Almaniyanın tarixi ilə müqayisə edib. “AFR-QDR variantı: AFR Alyansa qoşulur, ADR Almaniyanın ərazisi kimi tanınır. Amma sonra almanlar kimi biz o torpaqları mütləq qaytaracağıq ", - deyə Ukrayna Prezidentinin Aparatının keçmiş müşaviri bildirib.

Ukrayna Prezidentinin Aparatı keçmiş müşavirin bəyanatına heç bir reaksiya verməyib, lakin Ukrayna hakimiyyəti əvvəllər bəyan edib ki, 1991-ci il sərhədləri tam qaytarılmadan müharibənin dayandırılmasından söhbət gedə bilməz.

Əziz Baş Göynüklü