Min nəfər insan eyni vaxtda çılpaq şəkil çəkdirib
Finlandiyada min nəfər insan bir amerikalı fotoqrafçı üçün çılpaq dayanaraq şəkil çəkdirib.
Çılpaq modellərin fotoları ilə məşhurlaşan amerikalı fotoqrafçı Spenser Tunik son kadrını Finlandiyanın Kuopio şəhərində çəkib. Dünyanın müxtəlif şəhərlərində izdihamlı çılpaq modellərlə çəkdirdiyi fotolarla məşhurlaşan amerikalı fotoqraf Spenser Tunikin son dayanacağı Finlandiyanın Kuopi şəhəri olub.
Şənbə günü səhər saatlarında Kuopidə baş verən mərasimdə minə yaxın könüllü iştirak edib.
Çəkilişlərində bərabərlik, iqlim dəyişikliyi və sənət tarixinə istinad edən Tunik Kuopidə üç fərqli yerdə çəkiliş aparıb.
Çəkilişlərə əri ilə birlikdə qatılan Anne Rohkee, "Çox sevincli hiss idi. Kameraya arxa çevirdiyimiz zaman o izdihamı görmək çox gözəl idi" deyə bildirib.
Fotoqraf Tunikin çəkdiyi ən uğurlu şəkillərdən biri, ötən ilin noyabrında yüzlərlə insanın Avstraliyanın Bondi çimərliyinə toplaşaraq çəkdirdiyi şəkil olmuşdur.
Murad Şahməmməd