Rusiya iki beynəlxalq şirkətin səhmlərinə həbs qoyub

Rusiya iki beynəlxalq şirkətin səhmlərinə həbs qoyub

17 İyul 2023 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Vladimir Putinin imzaladığı fərmanla Fransanın qida şirkəti Danone və Danimarkada yerləşən beynəlxalq pivə istehsalçısının səhmlərinə Rusiyada həbs qoyulub.

Kremlin İnformasiya Xidmətindən verilən açıqlamada Fransanın “Danone” qida şirkəti və Danimarka mərkəzli beynəlxalq pivə istehsalçısının Rusiyadakı bütün paylarının Rusiya Federal Əmlak İdarəetmə Agentliyinə təhvil verildiyi bildirilib. Federal Əmlak İdarəetmə Agentliyinin Danone və Danimarka pivə istehsalçısı "Baltika"nın səhmlərini "müvəqqəti" idarə edəcəyini bildirilib.

Keçən ilin oktyabrında Danone Rusiyadakı əksər əməliyyatlarından geri çəkiləcəyini açıqlamışdı.

Putin Rusiya-Ukrayna müharibəsi səbəbilə xaricdəki Rusiya varlıqlarına həbs qoyulması halında tətbiq ediləcək cavab tədbirləri haqqında imzaladığı fərmanla Rusiyada fəaliyyət göstərən xarici şirkətlərin səhmlərinin ələ keçirilməsinə yol açıb...

Murad Şahməmməd