Talim qasırğası Çinin cənubunu viran qoyub: 230 min insan təxliyə edilib

Talim qasırğası Çinin cənubunu viran qoyub: 230 min insan təxliyə edilib

18 İyul 2023 21:28
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü "Talim" qasırğası saatda 140 km sürətlə Çinin cənubundakı Quanqdonq əyalətinin altını üstünə çevirib, 230 min insan evlərindən təxliyə edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Sinxua agentliyinin yaydığı məlumatda deyilir.

Fırtına dalğaları daşqınlara səbəb olub. Güclü külək və leysan yağışlar səbəbindən yüzlərlə qatar və reys təxirə salınıb.

Yerli hakimiyyət orqanları tayfuna "narıncı" xəbərdarlıq səviyyəsi təyin ediblər. Bu, dörd səviyyəli sistemdə ikinci ən yüksək xəbərdarlıq hesab edilir. Çin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, tayfun Cənubi Çin dənizindəki Beibu körfəzinə doğru irəliləyərək iyulun 18-də yenidən Quanqsi-Çjuanq Muxtar Bölgəsinin sahilyanı ərazilərinə daşqınlar və dağıntılar gətirib.

Əziz Mustafa, Oxumeni.az