Bağdadda İsveç səfirliyi yandırılıb
İraqın paytaxtı Bağdadda şiə dini və siyasi lideri Müqtəda əs-Sədrin başçılıq etdiyi Sədr Hərəkatına bağlı qruplar İsveç səfirliyinin binasına girərək binanın bəzi hissələrini yandırıblar.
Sədr Hərəkatının tərəfdarları İsveç səfirliyinin yanına gələrək Qurana qarşı hərəkətlərə görə etiraz ediblər. Etirazçılar İsveç səfirliyinin binasının bəzi hissələrini yandırıblar. Binadan qara tüstü qalxıb.
İraqlı etirazçılar səfirliyin ətrafında qurulan beton maneələri sındırıblar.
Xatırladaq ki, Bağdadda bundan əvvəl də İsveç səfirliyinin binasına basqın edilərək aksiya təşkil edilmişdi.
Murad Şahməmməd
Digər xəbərlər