Suriyada ABŞ və Rusiya yenidən toqquşdu
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının qırıcıları Rusiyaya məxsus hərbi təyyarənin Suriyada uçuşu zamanı təhlükəli vəziyyət yaradıblar.
Oxuməni.az xəbər verir ki, bunu kontr-admiral Oleq Qurinov deyib.
Onun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi Suriyanın cənub sərhədi boyunca planlı uçuş həyata keçirərkən “F-16 qırıcılarının istiqamətləndirmə sistemlərinin təsirinə” məruz qalıb.
Kontr-admiral həmçinin qeyd edib ki, beynəlxalq hava yollarının keçdiyi əl-Tanf bölgəsində dörd cüt F-16 və bir cüt Rafal qırıcısı tərəfindən Suriyanın hava məkanının pozulması faktı qeydə alınıb
İyulun 16-da ABŞ Suriyada MS-12 kəşfiyyat təyyarəsinin Rusiyanın Su-35-i tərəfindən tutulmasından şikayətlənib. ABŞ rəsmiləri bildiriblər ki, təhlükəli yanaşma səbəbindən MS-12 dörd ekipaj üzvünün həyatı təhlükə altına düşüb. Onlar bildiriblər ki, insident Suriyada terrorçu qruplaşmalara qarşı əməliyyatlara dəstək məqsədilə xüsusi təyinatlıların kəşfiyyat aparmasına mane olub.
Əziz Salamoğlu