Avropa Birliyi Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq üçün yaşıl işıq yandırıb
Avropa Birliyi Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq üçün yaşıl işıq yandırdı. Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, "Türkiyə ilə Avropa Birliyi arasında daha güclü bir əlaqənin inkişafı üçün qarşılıqlı maraq olduğuna inanırıq" deyə bildirib.
Brüsseldə xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Borrell, "Türkiyə ilə münasibətləri necə bərpa edə biləcəyimizi müzakirə etdik" deyə əlavə edib.
24 ildir Avropa İttifaqına rəsmi namizəd olan Ankara ilə Brüssel arasında üzvlük danışıqları 2016-cı ildən insan haqlarının pozulması və qanunun aliliyinə hörmətlə bağlı narahatlıqlar səbəbindən dalana dirənib.
İyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən Ankaranın üzvlük danışıqlarını bərpa etməyə və bu ideyanı Türkiyənin İsveçin NATO hərbi alyansına qoşulmaq istəyini dəstəkləməsi ilə əlaqələndirib.
Bu ayın əvvəlində Reuters-ə danışan yüksək rütbəli türk rəsmisi Ankaranın Avropa İttifaqına vizasız gediş-gəliş və Aİ-yə üzvlük prosesində bəzi fəsillərin bağlanması ilə bağlı konkret irəliləyiş gözlədiyini bildirib və əlavə edib ki, Qərb Türkiyəni maliyyə ehtiyacları ilə dəstəkləməlidir.
Murad Şahməmməd