Putin Stalinin yolu ilə gedir -Almaniya mediası
Putin Ukraynada ərzaqları məhv etmək üçün Stalinin üsullarından istifadə edir. BILD hərbi analitiki Julian Repke Odessa vilayətinin cənubundakı çay limanlarına bugünkü hücumu belə şərh edib.
Oxuməni.az xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb.
“Rusiya sistematik olaraq Ukraynanın qida infrastrukturuna hücum etməkdə davam edir. Dünən gecə o, ölkənin cənub-qərbindəki limana hücum edərək yenidən taxılın məhv edilməsini hədəfləyib. Putin özünün bədnam “Qırmızı Terror”u ilə Stalinin yolu ilə gedir”, – deyə Röpke yazıb.
Xatırladaq ki, iyulun 24-nə keçən gecə Rusiya hərbçiləri Odessa vilayətinə növbəti zərbə endiriblər. Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığının məlumatına görə, Dunayın liman infrastrukturu “Şahed-136” kamikadze pilotsuz təyyarələrinin dörd saatlıq hücumunun hədəfinə çevrilib. Ukrayna hava hücumundan müdafiə qüvvələri üç pilotsuz təyyarəni vurmağa müvəffəq olub. Zərbələr nəticəsində taxıl olan anqar məhv edilib, digər yüklərin saxlanması üçün çənlər zədələnib. İstehsalat binalarından birində yanğın olub.
Əziz Mustafa