Harri Qasparov: "Ermənistan hərbi cəhətdən bu ərazini saxlaya bilməz”
Ukraynalı jurnalist Dmitri Qordon rusiyalı şahmatçı, müxalif siyasətçi Qarri Kasparova müsahibəsində “ABŞ və Qərbin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh müqaviləsi bağlayacaq”, “Azərbaycan Qarabağda iqtisadi möcüzə yaradacaq... erməni əhalisi ilə yaxşı rəftar edəcək və iki ölkə dost olacaq” deyib.
Lakin bakılı nankor Kasparov bununla razılaşmayaraq bunun müharibədən sonra ukraynalılarla rusların dostluğu qədər real olmadığını qeyd edib.
Kasparov əlavə edib ki, “Əgər Amerika, Avropa İttifaqı və Türkiyə buna nail ola bilsə... əla olar... Hansısa variant ola bilər... Türkiyəyə Naxçıvandan Azərbaycana keçid veriləcək, Ermənistan isə Laçın dəhlizini alacaq. Belə bir variant ola bilər... bütün türk hökmdarlarının arzusunda olduğu şey – İstanbuldan Altaya at sürmək. Allah belə variantları tapmağı nəsib etsin. Ermənistan hərbi cəhətdən bu ərazini saxlaya bilməz”.
Əziz Mustafa