Fransada polis vəhşiliyi ilə bağlı yeni gərginlik
Fransada polis vəhşiliyi ilə bağlı siyasətçilərlə hüquq-mühafizə orqanları arasında yeni gərginlik yaranıb. Sosialist Partiyasının lideri Olivye For: «Ölkədə polis rəislərinin məhkəmədən əvvəl özlərini ədalətdən və qanundan üstün görmələri çox ciddi problemdir»
Fransanın Marsel şəhərində baş verən zorakılıqlar zamanı 21 yaşlı nümayişçiyə qarşı mütənasib olmayan güc tətbiq etdiyi səbəbiylə bir polis məmurunun həbsi polis qüvvələri ilə siyasi dünya arasında ziddiyyətlərə səbəb olub.
Bazar ertəsi Marsel şəhərində polis rəisi Frederik Veaux Lenin verdiyi açıqlamada həmin polisin həbsdə saxlanmasına reaksiya verib: “O, həbsxanada olduğu üçün yata bilmirəm. Ümumiyyətlə, polis əməkdaşı işində ağır cinayət törətsə belə, mümkün məhkəməyə qədər həbs edilməməlidir” deyə bildirib. Paris polisinin rəisi Loran Nunes sosial media hesabında Veaux ilə razılaşdığını paylaşıb.
Murad Şahməmməd