Respublikaçılar Baydeni hədələyir

Respublikaçılar Baydeni hədələyir

26 İyul 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Administrasiya prezident və onun ailəsini araşdıran Nümayəndələr Palatasının komitələrinin tələb etdiyi məlumatı təqdim etməsə, prezident Co Baydenin impiçmenti ehtimalı ilə bağlı araşdırmaya başlayacaq.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti deyib.

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının üç komitəsi Co Bayden, oğlu Hunter və prezidentin ailəsinin digər üzvlərinin maliyyə pozuntuları ilə bağlı iddialarını araşdırır.

Nümayəndələr Palatasının spikeri Kevin Makkarti jurnalistlərə açıqlamasında deyib: “Hazırda müvafiq komitələr araşdırmalarını davam etdirir. Əgər dövlət idarələri bizi tələb etdiyimiz məlumatları əldə etmək imkanından məhrum etsələr, bu, impiçment ehtimalının araşdırılmasına səbəb olacaq”.

Əziz Mustafa