ABŞ və Mərkəzi Asiya ölkələrinin Əfqanıstan üzrə xüsusi nümayəndələrinin görüşü keçiriləcək
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest və Əfqan Qadınlar, Qızlar və İnsan Hüquqları üzrə Dövlət Xüsusi Elçisi Reena Amiri Astana və Dohaya səfər edəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Astanada onlar C5+1 formatında Əfqanıstan üzrə xüsusi sessiya keçirmək üçün Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarları ilə görüşəcəklər. Onlar həmçinin Əfqanıstan və Qazaxıstanda qadınların iqtisadi səlahiyyətlərinin artırılması ilə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər”, - deyə ABŞ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Onlar Dohada (Qətər) Talibanın nümayəndə heyəti və Əfqanıstanın əsas nazirliklərinin nümayəndələri ilə görüşəcəklər. Danışıqların əsas mövzuları "ölkə əhalisinə humanitar yardım, iqtisadi sabitlik, qadınlar və qızlar da daxil olmaqla, bütün əfqanlara ədalətli və ləyaqətli rəftar, təhlükəsizlik məsələləri, narkotiklərin istehsalına və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə" olacaq", - deyə Dövlət Departamenti bildirib.
Əziz Mustafa