Netanyahu təhlükəsizlik qüvvələri ilə müşavirə keçirib

Netanyahu təhlükəsizlik qüvvələri ilə müşavirə keçirib

31 İyul 2023 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 30-da axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu İsrailin şimal sərhədindəki vəziyyətlə bağlı təhlükəsizlik sisteminin nümayəndələri ilə görüş keçirib.

Oxuməni.az İsrail mətbuatına istinadən xəbər verir ki, görüş Hizbullahın son təxribatları ilə bağlı olub.

İclasda müdafiə naziri Yoav Qalant, Baş Qərargah rəisi Herzi HaLevi, Mossad-ın rəhbəri David Barnea, Şin Bet (İsrail Ümumi Təhlükəsizlik Xidməti) rəhbəri Ronen Bar, Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Aneqbi iştirak ediblər. İclasın sonunda “hökumət başçısının tövsiyyələri qəbul etdiyi və İDF və təhlükəsizlik sisteminin təklif etdiyi addımları təsdiqlədiyi” bildirilib.

Əziz Salamoğlu