Priqojin daha muzdluları işə götürməyəcək
PMC "Vaqner" muzdluların işə götürülməsini dayandırdı və yaraqlıların əksəriyyətini ağır işdən sonra məzuniyyətə göndərdi.
Oxuməni.az xəbər verir ki, bunu qrupun rəhbəri Yevgeni Priqojin deyib.
“Kadr çatışmazlığı yaşamadıqca, yeni komplektləşdirmə aparmağı planlaşdırmırıq. Döyüşçülərimizin əksəriyyəti məzuniyyətdədir, çünki bundan əvvəl çox ağır iş var idi "- deyə Priqojin bəyan edib.
Priqojinin sözlərinə görə, Rusiya regionlarında muzdluların işə qəbulu mərkəzlərinin açılma vaxtı “hələ müəyyən edilməyib”. Eyni zamanda o, bəyan edib ki, Vaqner Afrikada və Belarusdakı “təlim mərkəzlərində” fəaliyyətini davam etdirir.
Əziz Salam
Digər xəbərlər