NATO-nun səs-küylü bəyanatı: “Rusiya öz məqsədlərinə çatmayacaq”

NATO-nun səs-küylü bəyanatı: “Rusiya öz məqsədlərinə çatmayacaq”

22 Dekabr 2023 17:23
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya böyük hərbi səylərinə baxmayaraq, Ukraynaya qarşı müharibəsinin məqsədlərinə artıq çatmayacaq. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Prezident Vladimir Putinin əmri ilə işğalın məqsədi Ukraynanın NATO və Avropa İttifaqına doğru irəliləməsinin qarşısını almaq idi, lakin iki illik müharibədən sonra Ukrayna NATO və Aİ-yə həmişəkindən daha yaxındır”, - Stoltenberq bildirib.

“Prezident Putin Ukraynanı həmişəlik itirdi. Bu, Rusiya üçün böyük strateji məğlubiyyətdir”, - deyən baş katib Ukraynanın bir gün öz məqsədinə çatacağına və NATO-ya üzv olacağına tam əminliyini ifadə edib.

Şimali Atlantika Alyansının rəhbəri Rusiyanın Ukraynaya qarşı müharibəyə görə ödəməli olduğu bədəlləri xatırladıb: o, artıq yüzlərlə təyyarəsini, minlərlə tankını və 300 min əsgərini itirib, müharibə nəticəsində inflyasiya artıb və yaşayış səviyyəsi azalıb, Rusiya indi əvvəlkindən daha çox siyasi təcrid olunub.

Bununla yanaşı, Stoltenberq müharibənin tez bir zamanda bitəcəyi ilə bağlı gözləntilərə qarşı xəbərdarlıq edərək, martın 17-də gözlənilən prezident seçkilərindən sonra Putinin kursunu dəyişəcəyinə dair heç bir işarənin olmadığını qeyd edib. “Putin getdikcə daha çox əraziləri işğal etməyə çalışacaq. NATO və onun üzvləri üçün bu, Kiyevə güclü dəstəyin davam etdirilməsi deməkdir. Ukraynalılar, xüsusilə bu silahlar Almaniyadan və bir çox başqa ölkələrdən alındıqda, özlərini müdafiə etmək və silah götürmək iqtidarında olduqlarını göstərdilər”, - Stoltenberq bildirib.

Oxuməni.az