Keçmiş hökumət başçısı vətənə qayıdacağına ümid edir
İspaniyadan müstəqilliyini əldə etmək üçün mübarizə aparan Kataloniya hökumətinin keçmiş başçısı Karles Puçdemon vətənə qayıdacağına ümid edir.
O bunula bağlı RAC1 radiostansiyasına verdiyi açıqlamasında deyib ki, “Kataloniya naminə birlikdə” partiyasının namizədi kimi mayın 12-də keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.
Qeyd edək ki, 2018-ci ildə Puçdemon Kataloniyanın hökumət başçısı kimi ölkəsinin İspaniyadan ayrılması üçün referendum keçirmişdi. Referendumdan sonra İspaniya hökuməti onu həbs etmək istəyirdi. Puçdemon isə həbs təhlükəsindən qaçaraq Belçikdan siyasi sığınacaq almışdı.
Oxuməni.az
Digər xəbərlər