Rusiya ABŞ-ın Almaniyada orta və qısamənzilli raketlər yerləşdirməsini təhlükə mənbəyi hesab edir
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Vaşinqtonun Almaniya ərazisində orta və daha qısa mənzilli raketlər yerləşdirmək planları beynəlxalq təhlükəsizliyə birbaşa təhdid yaradır və raket silahlanma yarışı riskini artırır. Bu barədə Rusiya Federasiyasının diplomatik nümayəndəliyinin Telegram kanalı məlumat yayıb.
ABŞ və Almaniyanın 2026-cı ildən Almaniya torpaqlarında Amerikanın uzaqmənzilli silahlarını yerləşdirmək niyyəti ilə bağlı birgə bəyanatını şərh edən diplomat vurğulayıb ki, əslində söhbət Amerikanın orta və daha qısa mənzilli raketlərinin yerləşdirilməsi planlarından gedir.
İyulun 10-da Pentaqon ABŞ-ın 2026-cı ildə hipersəs silahları da daxil olmaqla uzun mənzilli zərbə sistemlərini Almaniyada yerləşdirməyə başlayacağını açıqlamışdı.
Oxuməni.az