İsrailin Qəzzaya endirdiyi zərbələrdən sonra ən azı 81 nəfər ölüb

İsrailin Qəzzaya endirdiyi zərbələrdən sonra ən azı 81 nəfər ölüb

18 İyul 15:16
Bəyəndim (0) Bəyənmədim (0)


İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 81 fələstinli həlak olub. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Hərbçilərin hədəfi Fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə BMT-nin Yaxın Şərq Agentliyinin yaşayış binaları və müvəqqəti yerləşdirmə mərkəzləri olub. Telekanal qeyd edir ki, İsrail aviasiyası Nuseyrat qaçqın düşərgəsinə və Deyr əl-Bələh şəhərinin qərb hissəsinə, o cümlədən Əl-Məvasi bölgəsi və Əl-Buric qaçqın düşərgəsinə hücumlar həyata keçirib.

Əl-Cəzirə telekanalının məlumatına görə, İsrailin Fələstinə hərbi təcavüzü 7 oktyabr 2023-cü ildən bu yana əksəriyyəti qadın və uşaqlar olmaqla 38 794 nəfərin ölümünə, 89 364 fələstinlinin isə yaralanmasına səbəb olub.

Oxuməni.az