Rusiya Qərbə qarşı nüvə silahından istifadə edə bilər
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya Federasiyası “ABŞ-ın Almaniya ərazisində uzaqmənzilli raketlərin yerləşdirilməsinə cavab olaraq nüvə silahı ilə təchiz edilmiş raketlərin yerləşdirilməsini istisna etmir”. Onun sözlərinə görə, Moskva “ən məqsədəuyğun hesab etdiyi şəkildə reaksiya verəcək”.
“Əgər Almaniya Federal Hökumətinin nümayəndələri bu regionda (Kalininqrad vilayəti) əlimizdə olanları bəhanə edərək hansısa eskalasiya tədbirlərinə başlamağı haqlı hesab etsələr, o zaman biz hesab etdiyimiz şəkildə kompensasiya tədbirləri ilə bağlı reaksiya verəcəyik”, - Ryabkov jurnalistlərə bildirib.
“Rusiya NATO ölkələrinin birgə imkanlarını və daxili yoxlamaları nəzərə alaraq bir neçə mümkün cavab variantını nəzərdən keçirməlidir”, - Ryabkov əlavə edib. “Bu, heç kimə qarşı təhdid deyil. Bu, dəyişən çağırışlara cavab vermək üçün ən effektiv bir yoldur”.
Oxuməni.az