Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Şimali Koreya onunla danışıqları bərpa edəcək
Şimali Koreya ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə onunla nüvə silahı üzrə danışıqları bərpa etmək istəyir. Bu barədə “Japan Times” qəzeti yazır.
Nəşr Şimali Koreyanın qaçaq diplomatlarından birinin sözlərini sitat gətirir: “Şimali Koreya Donald Tramp yenidən prezident seçilərsə, ABŞ-la nüvə danışıqlarını bərpa etmək istəyir və yeni danışıqlar strategiyası hazırlamağa çalışır”.
O, həmçinin vurğulayıb ki, KXDR hakimiyyəti Trampın Şimali Koreyaya təzyiq göstərə bvə onu xoşagəlməz güzəştlərə getməyə məcbur edə bilməməsi üçün sərt danışıqlar xətti hazırlayacaq.
Daha əvvəl KXDR Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın Trampın Pxenyan və ölkə lideri Kim Çen Inla dostluq və yaxşı münasibətlər barədə sözlərinə əhəmiyyət vermədiyini bildirib.
Oxuməni.az