
Cənubi Koreya, Çin və Yaponiya üçtərəfli sammit keçirməyi planlaşdırır
Cənubi Koreya, Çin və Yaponiya yaxın gələcəkdə üçtərəfli sammitin keçirilməsi barədə razılığa gəliblər.
Razılıq bazar ertəsi Tokioda üç ölkənin xarici işlər nazirlərinin müavinlərinin görüşündə əldə olunub. Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, üçtərəfli sammitin gələn ilin əvvəlində Yaponiyada baş tutacağı gözlənilir.
Bundan əvvəlki sammit may ayında Seulda keçirilib.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, üç ölkənin liderləri belə sammitlərin müntəzəm keçirilməsi barədə razılığa gəliblər.
Oxuməni.az
Digər xəbərlər