Tramp prezident seçiləcəyi təqdirdə kütləvi atışma törədəcəyini bildirən şəxs həbs edilib

Tramp prezident seçiləcəyi təqdirdə kütləvi atışma törədəcəyini bildirən şəxs həbs edilib

5 Noyabr 23:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə kütləvi atışma törədəcəyi ilə hədələyən şəxsi saxlayıb. Bu barədə ABC televiziyası məlumat yayıb.

Məlumata görə, İsaak Sissel internetdə Trampın seçkidə qalib gələcəyi təqdirdə mühafizəkar xristianların kütləvi şəkildə güllələnəcəyini bildirən mesajlar yerləşdirib. Həbs olunduqdan sonra o, "Tramp ölsəydi, hər şey daha yaxşı olardı" deyib.

Sissel bazar ertəsi Miçiqan ştatının Kanton şəhərində nəzarətə götürülüb və hələ də ona qarşı ittiham irəli sürülməyib.

Oxuməni.az