Dünyanı nəhəng məxfi təşkilatlar idarə edir: Politoloqdan sensasiyalı açıqlama

Dünyanı nəhəng məxfi təşkilatlar idarə edir: Politoloqdan sensasiyalı açıqlama

25 Sentyabr 2020 10:50
Bəyəndim (4) Bəyənmədim (0)

Rusiyalı politoloq Valeri Solovey nəhəng məxfi təşkilatlardan birinin üzvü olduğunu etiraf edib.

Oxuməni.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Solovey ukraynalı aparıcı Dmitri Qordona müsahibəsində deyib.

“Bəzi qüvvələr və şəxsiyyətlər var ki, onların təsiri istənilən qüvvəni üstələyir. Xüsusilə onlar Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Baş Qərargahın idarəsindən güclüdürlər. Bu, beynəlxalq qeyri-hökumət təşkilatıdır, yəni gəlin onları belə adlandıraq. Dünyada bu cür bir neçə təşkilat var. Mən belə bir təşkilatın Şərqi Avropa filialının üzvüyəm. Bu təşkilatın masonlar və ya tampliyerlərlə heç bir əlaqəsi yoxdur.

Belə bir təşkilatın varlığı haqqında Rusiya rəhbərliyi də məlumatlıdır və zamanında onların xidmətlərinə müraciət edib və bu xidmətləri alıb. Rusiya rəhbərliyi bilir ki, bu təşkilat təkcə yüksək effektivliyə malik deyil, həm də fövqəladə şəkildə təhlükəlidir. Zarafat etmirəm. Bu təşkilat mənə bir neçə təhlükəsizlik zəmanəti verir. Bu tip təşkilatların sayı dünyada bir neçə ədəddir və indi onların hamısı demək olar ki, Kremllə konfliktdədirlər”, – deyə o bildirib

Səda

Oxuməni.az