Çinin tələbi ilə Dubay Rusiya banklarını bloklamağa başlayıb

Çinin tələbi ilə Dubay Rusiya banklarını bloklamağa başlayıb

29 Avqust 2024 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

“Kommersant” Rusiya bazarındakı mənbələrə istinadən xəbər verir ki, BƏƏ bankları Çindən gələn elektron komponentlər və məişət elektronikası üçün Rusiya şirkətlərinin ödənişlərini bloklamağa başlayıb.

Qəzetin mənbəsinin sözlərinə görə, təşəbbüs Çin tərəfdəndir və buna səbəb Çin banklarının artıq üzləşdiyi ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsidir.

Rusların Çin elektronikası üçün birbaşa ödəniş etməsi demək olar ki, qeyri-mümkün hala gəldi - Çinin ən böyük bankları yazda tranzaksiyaların qarşısını almağa başladılar.

Prezident Putinin Pekinə səfərindən sonra problemin həll olunacağına ümidlər özünü doğrultmadı - yayda regional Çin bankları ödənişlərin dondurulmasına qoşuldular.

"Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bir çox rus təşkilatları Dubayda öz şirkətlərini açdılar və bu şirkətlər vasitəsilə Çinə elektron komponentlər üçün ödənişlər etdilər" dedi Rusiyanın texnologiya şirkəti Beshtau-nun baş direktoru Osipov.

Oxuməni.az