Məcburi köçkün olan sahibkarlara güzəştli kreditlər verilib
Bu gün Sumqayıt şəhərində məskunlaşan Qubadlı rayonundan olan məcburi köçkün sahibkarlara güzəştli kreditlərin verilməsi məqsədilə tədbir keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən apa-ya verilən məlumata görə, 150-dən çox məcburi köçkün sahibkarın iştirak etdiyi tədbir çərçivəsində onlara güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli tamet, qapı-pəncərə istehsalı sexləri, kağız tullantılarının toplanması və ilkin emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev indiyədək 1 219 məcburi köçkün sahibkara 24,1 mln. manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5 mln. manat güzəştli kredit verildiyini diqqətə çatdırıb. Bu kreditlərin reallaşdırılması məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 2 000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qubadlıdan olan 15 məcburi köçkün sahibkara 202 min manatdan çox güzəştli kredit verilib.























































.jpg)
.jpg)
.jpg)









.jpg)





















