"Bank VTB"nin prezidenti: "ABŞ-ın Rusiyadakı səfiri Moskvanı tərk etməlidir”

"Bank VTB"nin prezidenti: "ABŞ-ın Rusiyadakı səfiri Moskvanı tərk etməlidir”

4 Dekabr 2014 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması müharibənin başlanğıcı deməkdir.

"APA-Economics"in Almaniyanın "Handelsblatt" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu "Bank VTB"nin (Rusiya) prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin bildirib ki, hazırda Rusiyanın bank sistemi "əhəmiyyətli dərəcədə dollar və avroya əsaslandığından Rusiya iqtisadiyyatının ən zəif seqmentidir".

"Rusiya banklarının SWIFT sistemindən çıxarıldığı gün ABŞ-ın Rusiyadakı səfiri Moskvanı tərk etməlidir", - deyə bankir bildirib.

Mediainfo.az