"Mavi axın" kəməri ilə qaz nəqli müvəqqəti dayandırılacaq
Rusiyanın "Gazprom" şirkəti "Mavi axın" qaz kəməri ilə Türkiyəyə təbii qazın nəqlini bir həftə dayandıracaq.
"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, 14-27 may tarixlərində "Gazprom" irimiqyaslı təmir işləri aparacaq.
Mayın 15-dən 23-ə qədər isə dəniz magistralı ilə qaz nəqli tamamilə dayandırılacaq.
Xatırladaq ki, Qara dənizin dibi ilə çəkilən və uzunluğu 1 213 km olan qaz kəməri 2003-cü ildə istismara verilib və ötən il Rusiya Türkiyəyə 15,8 mlrd. kubmetr həcmində təbii qaz nəql edib.
Digər xəbərlər