Eyvanda siqaret çəkdi, Ali Məhkəmədən çağırış aldı - 72 dollar cərimə

Eyvanda siqaret çəkdi, Ali Məhkəmədən çağırış aldı - 72 dollar cərimə

4 Yanvar 2019 20:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Novosibirsk vilayətində maraqlı hadisə baş verib.

Vilayət sakinlərindən biri eyvanda siqaret çəkdiyi üçün Ali Məhkəmədən çağırış alıb. Buna səbəb eyvan qonşusunun həmin şəxslə bağlı məhkəməyə etdiyi müraciət olub. Qonşu iddia edib ki, çəkilən siqaretin tüstüsü eyvandan onun mənzilinə daxil olub, onun rahatlığını pozub.

Şikayətçinin iddiasını araşdıran məhkəmə şikayəti əsaslı hesab edib və siqaret çəkən şəxsi 5 min rubl (72 dolar) məbləğində cərimələyib.

Ali Məhkəmənin məlum qərarı Rusiyada yeni presedent kimi qəbul edilib. Mütəxəssislər hesab edir ki, bundan sonra çəkdiyi siqaretin tüstüsü qonşu mənzil və ya eyvana daxil olan hər kəs məhkəmə qarşısında cavab verməli olacaq.

Xatırladaq ki, Rusiya qanunaları hər kəsin siqaret tüstüsünə məruz qalmadan təmiz ekoloji mühitdə yaşamaq haqqına sahib olduğunu ehtiva edir. Moderator.az