Azərbaycan səfiri Ermənistan səfirini qətllə hədələyir?
“Politico” yazır ki, səfir azərbaycanlı həmkarından ölümlə hədələndiyini söylədikdən sonra Ermənistan səfirliyi Brüsseldəki digər diplomatik nümayəndəliklərə rəsmi etiraz göndərib.
Keçən həftə səfirlər arasında yayılmış və “POLITICO” tərəfindən də öyrənilmiş məktubda Ermənistan səfiri Tiqran Balayanın Azərbaycan səfiri Vaqif Sadıkov tərəfindən “şifahi hücumlara və hədə-qorxulara” məruz qaldığı və “həyatına birbaşa təhdidlər etdiyi” iddia edilir.
Məlumata görə, insident Brüsseldəki “Tangla” otelində Türkiyə səfirliyi tərəfindən ölkənin milli günü şərəfinə təşkil edilmiş qəbulda baş verib. Ehtimal olunur ki, bu, Ankaranın sponsorluğu ilə Ermənistan səfirliyinin dəvət olunduğu ilk tədbirdir.
Bununla belə, “Politico” ilə söhbətində Sadıkov hadisəni təkzib edərək, bu cür ittihamların “gülməli” olduğunu deyib. O, qəbulun "yaxşı yeməklər, gözəl insanlar" olduğunu və "hər zamankı kimi standart diplomatik tədbir" olduğunu söylədi.
“Heç bir məktubdan, bəyanatdan xəbərim yoxdur - erməni diplomatlar nə istəsə, tələb edə bilərlər,”-Sadıkov bildirib.
Ermənistan səfirliyi əlavə şərh verməkdən imtina edib. Türkiyə səfirliyi hələlik məlumat sorğusuna cavab verməyib.
Xatırladım ki, Balayan antiazərbaycan millətçi mövqeyi ilə tanınır və rəsmi Yerevanın gizli razılığı ilə bütün Avropa platformalarında Azərbaycana qarşı təxribatlarla məşğuldur.
Almaz Həsənli