Sabah Bakıda 32-34, rayonlarda 34-39 dərəcə isti olacaq

Sabah Bakıda 32-34, rayonlarda 34-39 dərəcə isti olacaq

17 İyul 2019 14:31
Bəyəndim (0) Bəyənmədim (0)
Sabah Bakıda 32-34, rayonlarda 34-39 dərəcə isti olacaq

Oxuməni.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında

İyulun 18-də hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyulun 18-də hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək.